Bəhreyn İranla hava əlaqəsini dayandırdığını elan edib. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Bəhreyn televiziyası məlumat yayıb.
Qeyd edək ki, yanvarın 4-də Bəhreyn İranla diplomatik əlaqələri kəsib.
Bundan öncə Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsdiyini bəyan edib. Tehranla Ər-Riyad arasındakı münasibətlərin gərginləşməsinə səbəb şiə din xadimi, vaiz Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam edilməsi olub.
Onu da əlavə edək ki, Bəhreyn İranla diplomatik əlaqələri kəsdiyini bəyan etdikdən sonra Birləşmiş Ərəb Əmirlikləri Tehranla diplomatik təmsilçilik səviyyəsini aşağı saldığını açıqlayıb.