Bəhreyndə terror aktı: 1 ölü, 7 yaralı
29 avqust 2015 02:18 (UTC +04:00)

Bəhreyndə terror aktı: 1 ölü, 7 yaralı

0

Bəhreynin şimalında baş vermiş partlayış nəticəsində 1 polis əməkdaşı ölüb, daha 7 nəfər müxtəlif dərəcəli bədən xəsarət alıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yaralılar arasında 4 polis əməkdaşı və 1 uşaq var.

 

Xəsarət alanların bir neçəsinin vəziyyəti ağır kimi qiymətləndirilir. Bəhreynin daxili işlər nazirliyi partlayışı terror aktı kimi qiymətləndirib.

 

Partlayışa görə məsuliyyəti regionda fəaliyyət göstərən heç bir qruplaşma öz üzərinə götürməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 346

Oxşar yazılar