Bəhreyn parlamentinin bir qrup deputatı krallıq ərazisində spirtli içkilərin istifadəsi və satışının yasaqlanması təşəbbüsü ilə çıxış edib.
Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, onlar əminliklə bildirib ki, alkoqollu içkiləri ölkədə pozğunluq və fahişəliyə səbəb olur.
Bu təklifi dəstəkləyənlərdən biri parlamentin sədri Xəlifə əl-Dəhranidir.
“Alkoqolun qəbulu islam qanunlarını pozur. O, əxlaqsızlığa yardım edir”-deyə, o, bildirib.
Qanun layihəsinin təşəbbüslərindən biri, deputat Əli əl-Zahid isə əyyaşlıq və fahişəlik kimi pozğunluğa “müsəlman ölkəsində yer yoxdur”.
2010-cu ildə spirtli içkilərin qadağan edilməsi cəhdi uğursuzluqla nəticələnmişdi. Bu dəfə qanun layihəsinin nazirlər Şurasında baxılması planlaşdırılıb.