Bəhreyn Xarici İşlər Nazirliyi ABŞ dövlət katibinin köməkçisi Tom Malinovskinin “arzuedilməz şəxs ” (“persona non qrata”) elan edib.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, “Assoşieyted press” bildirib ki, buna səbəb onun şiələrə məxsus təşkilatların təmsilçiləri ilə görüşməsidir.
Dövlət katibinin demokratiya, insan haqları və əmək münasibətlərinə dair köməkçisi Malinovski Bəhreynin “əl-Vifak” adlı müxalifət təşkilatının təmsilçisi ilə görüşüb.
Bəhreyn XİN bu sayaq görüşü ölkənin “daxili işlərinə qarışmaq” kimi dəyərləndirib.
Mənbə xatırladıb ki, “əl-Vifak” (Milli Barış İslam Cəmiyyəti) ölkənin əsas siyasi müxalifəti sayılır.