Bazeldə ATƏT-ə qarşı etiraz - <span style="color:red;">YENİLƏNİB
06 dekabr 2014 00:40 (UTC +04:00)

Bazeldə ATƏT-ə qarşı etiraz - YENİLƏNİB

0

APA-nın İsveçrəyə ezam olunan müxbirinin verdiyi məlumata görə, Bazeldə polislə etirazçılar arasında toqquşma baş verib.  Polis aksiyanı dağıdıb, saxlanılanlar  var. Jurnalistlərin bir qismi tədbir keçirilən Bazel Sərgi Mərkəzi ərazisindən kənara buraxılmır.

 

***

İsveçrənin Bazel şəhərində ATƏT-in Xarici İşlər Nazirləri Şurasının bu şəhərdə keçirilmiş 21-ci sessiyasına və ümumilikdə təşkilatın fəaliyyətinə etiraz olaraq mitinq keçirilib.

 

APA-nın İsveçrəyə ezam olunan müxbirinin verdiyi məlumata görə, iki minə yaxın iştirakçısı olan mitinq solçu və kommunist qruplar tərəfindən təşkil olunub.

 

Bazelin “Mattauz” meydanında toplaşan, qırmızı bayraqlar dalğalandıran və  ATƏT əleyhinə şüarlar səsləndirən iştirakçılar “Markplattz” meydanından da keçməklə “Claraplatz”a qədər yürüş ediblər.

 

Ətraf küçələr polis tərəfindən nəzarət altına alınıb, kordon qurulub. Qeyd edək ki, ATƏT XİN başçıları Şurasının 21-ci sessiyası bu gün başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 350

Oxşar yazılar