ABŞ-ın vitse-prezidenti Co Bayden yanvarın 23-də Türkiyəyə işgüzar səfər edəcək.
APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, Co Bayden birgünlük səfər çərçivəsində Türkiyənin baş naziri Əhməd Davudoğlu və prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Gözlənildiyinə görə, danışıqların əsas mövzusu İŞİD-lə mübarizə olacaq.
Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti yanvarda həmçinin İsveçrədə, ənənəvi Davos İqtisadi Forumuna qatılacaq.