Baxçalı Türkiyənin 9-cu prezidentinin ziyarət edib
17 may 2014 01:54 (UTC +04:00)

Baxçalı Türkiyənin 9-cu prezidentinin ziyarət edib

0

Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı Türkiyənin  9-cu prezidenti Süleyman Dəmirəli ziyarət edib.

 

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, D. Baxsalı qəbul etdiyi üçün  S.Dəmirələ təşəkkürünü bildirib. O, bu görüşün Süleyman Dəmirəlin prezident olmasının 21-ci ildönümünə təsadüf etməsinin də sevindirici bir hal olduğunu söyləyib.

 

Prezidentinin ilk dəfə xalq tərəfindən seçiləcəyinə işarə edən Baxçalı  bu siyasi kampaniyanın siyasi gündəmdə əhəmiyyətli bir yer tutduğunu vurğulayıb.

 

 

9-cu  prezident Demirəl də Somadakı mədən faciəsinə toxunaraq, deyib: “Məmləkətimizin çox ağır bir acı ilə çırpındığı belə bir gündə çox təbii ki dövlətin işləri də gedəcək. Başqa çarəmiz də yoxdur”.

 

 

1993-cü il mayın 16-da prezident seçildiyini və bu vəzifədən 2000-ci il  mayın 16-da ayrıldığını xatırladan Dəmirəl bunları qeyd edib: “İndi siz  gəlirsiniz mənimlə söhbət edirsininz -  görəsən, bundan sonrakı prezident necə olar, Türkiyədə xaos yaradılmadan bu işləri necə görmək olar. Çünki prezident vəzifəsi bütün Türkiyəni, hər kəsi əhatə edəcək bir vəzifədir. Onun üçün hər kəs bu məsələdə köməkçi olmalıdır.

 

Sakitlik, dinclik, ədalət və qanunun aliliyinə söykənərək, vətəndaşın könlündəkini ortaya qoyacaq şəkildə bir seçki keçirilməlidir.  İlk dəfə olaraq xalqın səsverməsi ilə birbaşa seçki keçiriləcək. Bu , fövqəladə əhəmiyyətlidir. Xalqın səsverməsi ilə seçkinin keçirilməsi yalnız idarəçilərin, siyasətçilərin deyil, xalqın da üzərinə məsuliyyət qoyur.

 

Siyasətçilər nəyə çırpınırlar? Xalqın bağrına basacağı, xalqın “mənim prezidentim” deyə biləcəyi biri seçilsin. Bu işin asanlaşdırılmasının məsuliyyəti xalqın üzərinə düşür”...

 

 

Baxçalı da jurnalistin “Bu görüşdə adlar gündəmə gələcəkmi? Yoxsa, yalnız fikir mübadiləsi etdiniz” sualına cavabında deyib: “Hörmətli prezidentimizin düşüncəsi bizim üçün çox əhəmiyyətlidir. Düşüncələrini almaq bizim də təqib edəcəyimiz yolun izini təyin edəcək”.

 

 

“Prezidenti xalqın seçməsinin ardından faktiki olaraq prezident sisteminə keçiləcəyi iddialarını necə qiymətləndirirsiniz” sualını da cavablandıran Dəmirəl deyib: “Buzov doğulmamış daha, inəyin altından buzov axtarışına gərək yoxdur. Bunlar irəlidə olacaq şeylərdir. Siyasətdə hər gün hadisələr dəyişər. Dəyişən hadisələrə görə də dəyişən çarələr tapılar. Bu gündən sabaha olub-olmayacağı müəyyən olmayan məsələnin müzakirəsinin faydası yoxdur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 910

Oxşar yazılar