Batumidə Xocalı soyqırımına həsr olunan tədbir keçirilib
26 fevral 2015 23:09 (UTC +04:00)

Batumidə Xocalı soyqırımına həsr olunan tədbir keçirilib

Bu gün Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğu tərəfindən Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunan mərasim keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, anım mərasimində Acarıstan Muxtar Respublikasının Təhsil, Mədəniyyət və İdman naziri Qiya Tavamaishvili, Səhiyyə və Əhalinin Sosial Müdafiə naziri Nuqzar Surmanidze, Kənd Təsərrüfatı naziri Zaur Putkaradze, Türkiyənin Baş Konsulu Yasin Temizkan, İran İslam Respublikasının Baş Konsulu Əhməd Reza Ərzcani, Acarıstan Muxtar Respublikası hökumət aparatının, nazirliklərinin və qurumlarının məsul işçiləri, Batumi Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri, QHT və KİV nümayəndələri, Acarıstanda fəaliyyət göstərən "SOCAR" şirkətinin və Poti şəhərindəki Kulevi terminalının rəhbərliyi və əməkdaşları, Acarıstan MR-dəki icmaların rəhbərləri, Acarıstanın ziyalıları və Azərbaycan icmasının üzvləri iştirak ediblər. Mərasim iştirakçıları Xocalı soyqırımı qurbanlarının  xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

Mərasimdə çıxış edən Baş Konsul Hüseyn Nəcəfov Xocalı soyqırımının Azərbaycan xalqına və bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu qeyd edib.

 

Baş Konsul tədbir iştirakçılarına bildirib ki, bu gün prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünya birliyinə dinc əhaliyə qarşı Xocalı soyqırımının tanınması, o cümlədən Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən törədilmiş bir çox cinayətlər haqqında həqiqəti çatdırmaq üçün məqsədyönlü və ardıcıl fəaliyyət həyata keçirir. H.Nəcəfov 2008-ci ilin may ayının 8-dən etibarən Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" ("Justice for Khojaly") beynəlxalq təşviqat kampaniyasına start verildiyini, ötən müddət ərzində "Xocalıya ədalət" kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində  müxtəlif tədbirlərin həyata keçirildiyini vurğulayıb.

 

Mərasimdə Acarıstan Muxtar Respublikasının Ticarət Palatası nəzdində Beynəlxalq Arbitraj Məhkəməsinin sədri, Batumi Dövlət Universitetinin professoru, hüquq elmlər doktoru Rostom Quntaişvili baş vermiş faciəni  Azərbaycan xalqına qarşı edilmiş soyqırım kimi xarakterizə edib və ona hüquqi qiymət verilməsinin zərurətini vurğulayıb.

 

Sonra tədbirdə çıxış edən "Changes for Equal Rights" qeyri-hökumət təşkilatının rəhbəri Nino Çkaidze də baş verən faciənin soyqırım olduğunu söyləyib və bu cür hadisələrin təkrarlanmasının qarşısının alınmasının vacibliyini qeyd edib.

 

Anım mərasimində Heydər Əliyev Fondun dəstəyi ilə lentə alınmış "Xocalı soyqırımı" və Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən "Dua" adlı sənədli filmlər nümayiş olunub.

 

Tədbirin sonunda iştirakçılara foto-sərgi, press-relizlər və Xocalı soyqırımına həsr edilmiş digər materiallar təqdim edilib.  

 

Mərasim və Baş Konsulun müsahibəsi "Acariya TV" kanalı tərəfindən işıqlandırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 150

Oxşar yazılar

Zelenski kral Çarlsla görüşdü

Zelenski kral Çarlsla görüşdü

2 mart 2025 , 22:29
Tramp Zelenski üçün  hazırlanan naharı   yeyib - Menyuda nə olduğu AÇIQLANDI

Tramp Zelenski üçün hazırlanan naharı yeyib - Menyuda nə olduğu AÇIQLANDI

2 mart 2025 , 21:50
Tanınmış türkiyəli müğənni vəfat etdi

Tanınmış türkiyəli müğənni vəfat etdi

2 mart 2025 , 21:31
Rusiyada ATIŞMA:  yaralılar var

Rusiyada ATIŞMA: yaralılar var

2 mart 2025 , 21:16
Gideon Saar, İsrail xarici işlər naziri

İsrail Suriyanın yeni hakimiyyətini hədələdi

2 mart 2025 , 18:25
Donald Tramp, ABŞ Prezidenti

Tramdan 3 ölkəyə qarşı növbəti tapşırıq

2 mart 2025 , 17:45
Bu aparat Aya endi

Bu aparat Aya endi

2 mart 2025 , 16:11
Abdolnaser Hemmati, İran iqtisadiyyat və maliyyə naziri

Pezeşkianın nazirini qovdular

2 mart 2025 , 15:48