Batmaq təhlükəsi ilə üzləşən azərbaycanlılar xilas edilib
15 yanvar 2015 10:28 (UTC +04:00)

Batmaq təhlükəsi ilə üzləşən azərbaycanlılar xilas edilib

Tunisə yük aparan, Türkiyəyə məxsus gəmi Kirit adasının cənubunda fırtınaya düşüb. Lent.az-ın məlumatına görə, bu səbəbdən gəmi kapitanı Yunanıstan tərəfinə müraciət edərək, kömək istəyib. O, gəmi heyətini gəmini tərk etmələri barədə əmr verdiyini bildirib.

Yunanıstan dəniz qüvvələrinə məxsus helikopterlə gəmidə olan 6 nəfər xilas edilib. Xilas edilənlərdən üçü türk, ikisi azərbaycanlı, biri isə gürcü olub. Onlar xəstəxanaya yerləşdirilib. Gəmi hazırda Kolymvari bölgəsinin (Yunanıstan) sahilində, Yunanıstan təhlükəsizlik xidmətinin nəzarətindədir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 169
avatar

Oxşar yazılar