Laos Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ölkənin şimalındakı Sienq Kuanq əyalətində qəzaya uğrayıb.
APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Laos Müdafiə Nazirliyi məlumat yayıb.
Təyyarənin göyərtəsində 14 nəfər, o cümlədən yüksək rütbəli hərbçilər olub. Onların arasında Laosun müdafiə naziri və xanımı, ictimai təhlükəsizlik naziri və paytaxt Vyentyan şəhərinin meri də var. Ölənlərdən hələlik 9 nəfərin cəsədini tapmaq mümkün olub.
Nümayəndə heyəti Laos Xalq Ordusunun ikinci diviziyasının 55 illik yubiley tədbirlərində iştirak etməyə gedirmiş. Faciə ilə əlaqədar bütün yubiley tədbirləri təxirə salınıb.