Baş nazirə cinayət işi açıldı
17 avqust 2014 10:21 (UTC +04:00)

Baş nazirə cinayət işi açıldı

Pakistanın Lahor şəhər məhkəməsi “Pakistan Xalq Hərəkatı”nın fəallarının ölümündə əli olması ittihamı ilə ölkənin baş naziri Navaz Şərif və daha 20 yüksək vəzifəli şəxs barəsində cinayət işinin başlanması barədə qərar verib.

 

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, Tahir Kadrinin lideri olduğu müxalif “Pakistan Xalq Hərəkatı”nın fəalları və polis arasında toqquşmalar iyunun 17-də baş vermişdi. İddialara əsasən, etirazçıların ayaq nahiyəsindən atəş açmaq əmri almış asayiş keşikçiləri aksiya etirazçılarını gülləbaran edib. Nəticədə, azı 11 nəfər ölüb, 100-dən çox etirazçı yaralanmışdı.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1930
avatar

Oxşar yazılar