Lüksemburqun baş naziri Xavyer Bettel həmcinsi Gauthier Destenayla evlənib. Lent.az-ın axsam.az-a istinadən verdiyi məlumata görə, bununla da Xavyer Avropa Birliyində vəzifədə ikən eynicinsli nikaha daxil olan ilk, dünyada isə ikinci lider adını qazanıb. 2010-cu ildə İslandiyanın baş naziri Cohanna Siqurdadottir həmcinsi ilə evlənərək ilkə imza atmışdı.
Qeyd edək ki, sevgilisi memar olan X.Bettel ölkəsində eynicinslilərin nikaha girmələrinə icazə verən qanun qəbulu ilə bu addımı atıb. O, özünü çox xoşbəxt hiss etdiyini deyib:
“Hamının mənim kimi xoşbəxt olmasını istəyirəm. Hər kəsə təşəkkürümü bildirirəm”.
Cütlüyün nikah mərasiminə qatılanlar arasında Belçikanın baş naziri Şarl Mişel də olub.
Homoseksual baş nazir həmcinsi ilə evləndi
256