Baş nazir danışarkən spiker "Candy Crush" oynadı
25 fevral 2015 22:50 (UTC +04:00)

Baş nazir danışarkən spiker "Candy Crush" oynadı

İspaniya parlamentində Baş nazir Mariano Raxoy çıxış edən vaxt spikerlik edən xanım Selia Vilyalobos tabletdə “Candy Crush” oynayarkən görüntülənib.

 

Lent.az-ın “trend”-ə istinadən məlumatına görə,  parlamentin iclası ilin ən önəmli çıxışı kimi qəbul edilən “Milli Dövlət Debatları”na həsr olunmuşdu.

 

Bu debatlar çərçivəsində Baş nazirin iqtisadi islahatlarla bağlı çıxışını dinləməkdənsə, spikeri əvəz etmiş S.Vilyalobosun oyun oynaması mobil telefonla çəkilib. Xanım siyasətçi M.Raxoyun lideri olduğu Xalq Partiyasının ən önəmli simalarından biridir.

 

Qeyd edək ki. “Milli Dövlət Debatları” ildə bir dəfə keçirilir və bunu televiziya vasitəsilə milyonlarla insan izləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 165
avatar

Oxşar yazılar