Şimalı İraqın kürd lideri Mesud Barzaninin partiyası Türkiyənin Şimalı İraqda müstəqil Kürdüstan dövlətini dəstəklədiyini açıqlayıb.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, Kürdüstan Demokrat Partiyasının nümayəndəsi Kamal Kərküki "rəsmi Ankara müstəqil Kürdüstanı dəstəkləyir” deyib.
Şimali İraqdakı kürdlərin “dili, mədəniyyəti, tarixi və torpaqları olduğunu”, bu torpaqları “idarə etmək haqqına sahib olduqlarını” deyən Kərküki onu da əlavə edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da müstəqil Kürdüstan dövlətinə qarşı olmadığını deyib: “Türkiyə qonşu ölkə olaraq, açıq şəkildə Kürdüstana qarşı olmadıqlarını və Bağdadla uzun və nəticəsi olacaq dialoq yaradacaqlarını bildirib”.
Onu da qeyd edək ki, Türkiyə prezidenti ötən aylarda İraq kürdlərinin azadlıq elan etməsinə “bu , İraqın öz işidir”, - deyə münasibət bildirmişdi.