İraqın şimalındakı kürd hökuməti terrorçu PKK-ya yaxın qurumlara qarşı əməliyyat keçirib.
Lent.az-ın Türkiyənin NTV saytına istinadən məlumatına görə, İraqın şimalını idarəedənlərin başçısı Məsud Barzaninin liderlik etdiyi Kürdüstan Demokratik Partiyası ilə “PKK və onun Suriyadakı qolu Demokratik Birlik Partiyası (PYD)” arasında gərginlik artmaqdadır.
M.Barzani partiyasının bölgədə fəaliyyətini əngəlləyən Demokratik Birlik Partiyası, Suriya Kürdüstan Demokrat Partiyası rəhbərlərini qınayıb,onların başçılarının İraqın şimalından çıxarılmasının istəyib.
Əks tərəf M.Barzaninin tərəfdarlarının bu davranışını pisləyib.
Mənbə bildirib ki, İraqın şimalını idarə edənlər terrorçu PKK tərəfdarları sayılan Kürdüstan Demokratik Çözüm Partiyasının fəaliyyətini qanundankənar elan edib.
İraqın Ərbil, Dohuq, Zaho rayonlarındakı peşmərgələr (Barzaninin tərəfdarı olan yaraqlı kürdlər) PKK-ya yaxın “Kürdüstan Yurdsevər Gənclik Mərkəzi”, “Kürdüstan Azadlıqsevər Qadın Qurumu” və “Dəclə” Xəbər Agentliyinin bürolarına basqın edib.
Basqın nəticəsində çoxlu sayda məsullar tutulub.