<b>Bank işçisi Ukrayna haqda mübahisədən sonra öldürülüb</b>
12 mart 2014 00:13 (UTC +04:00)

Bank işçisi Ukrayna haqda mübahisədən sonra öldürülüb

0

Rusiyanın Kaluqa şəhərindəki banklardan  birində yerli bölmənin əməkdaşı ilə müştəri arasında Ukraynadakı vəziyyətlə bağlı mübahisə düşüb. Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, bank işçisi və müştəri 8 Martla bağlı da mübahisə edib. Bankın əməkdaşı, 54 yaşlı kişi kəllə sümüyündəki çox saylı sınaqlar nəticəsində ölüb.

 

Müstəntiq deyib ki, bu iki kişi dalaşanadək Ukraynadakı siyasi vəziyyətlə bağlı mübahisə edirmiş. Bununla belə münaqişənin baş verməsinə əsas səbəbin bu məsələ olduğu hələ dəqiqləşdirilməyib.

 

Şübhəli saxlanılıb, cinayət işi açılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1403

Oxşar yazılar