Baltimorda fövqəladə vəziyyət ləğv olundu
06 may 2015 22:57 (UTC +04:00)

Baltimorda fövqəladə vəziyyət ləğv olundu

Mayın 6-da Merilend ştatının qubernatoru Larri Hoqan Baltimor şəhərində fövqəladə vəziyyət rejimini ləğv edib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, qərara əsasən şəhərdən Milli Qvardiya və əlavə polis qüvvələri çıxarılacaq.

 

Bundan əvvəl Baltimor şəhərinin meri Stefani Roulinqs-Bleyk baş vermiş iğtişaşlardan sonra şəhərdə komendant saatının tətbiqini ləğv etmişdi.

 

Xatırladaq ki, Baltimor şəhərində bir həftə davam edən toqquşmalara səbəb 25 yaşlı qaradərili Freddi Qreyin polis tərəfindən saxlanılmasından bir həftə sonra xəstəxanada vəfat etməsi olub. Prokurorun qərarı ilə Qreyi həbs edən 6 polisə qarşı cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 215
avatar

Oxşar yazılar