Afrika qitəsində yerləşən Svazilenddə QİÇS virusunun geniş yayılmasının qarşısını almaq məqsədilə bakirə qızlara maaş veriləcək.
Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, bakirə olan gənc qızlara aylıq təxminən 15 AZN maaş veriləcək. Hökumət gənc qızların ehtiyaclarını qarşılamaq və fahişəlik etmələrinin qarşısını almaq üçün bu qərara gəlib. Bakirəlik maaşlarının Dünya Bankı tərəfindən maliyyələşdiriləcəyi deyilir.
İddiaya görə isə 15 arvadı olan Svazilend kralı seçə biləcəyi subay qızların sayını artırmaq və gələcəkdə birlikdə olacağı qadının heç bir xəstəliyinin olmadığından əmin olmaq üçün bu qərarı qəbul edib.
Qızlar isə bu maaşın az olduğunu, nəzərdə tutulan pulu bir gecəlik münasibətdən aldıqlarını deyirlər.