Bakı - Yekaterinburq təyyarəsi Permdən havaya qalxa bilmir - <span style="color:red;">YENİLƏNİB
25 aprel 2014 16:46 (UTC +04:00)

Bakı - Yekaterinburq təyyarəsi Permdən havaya qalxa bilmir - YENİLƏNİB

Bakıdan Rusiyanın Yekaterinburq şəhərinə uçan “Ural-Airlines” aviaşirkətinə məxsus “U6-2952” saylı təyyarə reysi hələ də “Perm” beynəlxalq aeroportundadır. Lent.az-ın məlumatına görə, aeroportun onlayn lövhəsində təyyarənin Yekaterinburqa yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 19:00-da) uçacağı göstərilib.

 

Səbəb kimi əlverişsiz hava şəraiti göstərilib. Amma “Koltsovo” hava limanının onlayn lövhəsində eniş vaxtı kimi saat 18:00 göstərilib.

 

Qeyd edək ki, Bakı – Yekaterinburq reysi ilə təyyarə dünən saat 22:25-də Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuşa başlayıb. Yekaterinburqdakı əlverişsiz hava şəraiti üzündən təyyarə Çelyabinsk hava limanına yerli vaxtla gecə saat 02:53-də enib. Bu gün saat 10:43-də təyyarə havaya qalxaraq, yenidən Yekaterinburqa istiqamətlənib. Lakin növbəti cəhd də alınmayıb və bu zaman hava gəmisi saat 14:04-də Perm beynəlxalq aeroportuna enib. Hava limanında sərnişinlərin bir qismi avtobusla evlərinə yollanıb. Qalanları isə təyyarənin yenidən havaya qalxmasını gözləyir.

 

 

***

12.25

Bakıdan Rusiyanın Yekaterinburq şəhərinə uçan “Ural-Airlines” aviaşirkətinə məxsus “U6-2952” saylı təyyarə reysi “Çelyabinsk” hava limanından “Perm” beynəlxalq aeroportuna uçub. Bu barədə Heydər Əliyev Hava Limanının dispetçer məntəqəsindən məlumat verilib.

 

Dispetçer bildirib ki, təyyarə Çelyabinskdən Yekaterinburqa istiqamətlənsə də, əlverişsiz hava şəraiti ilə əlaqədar “Koltsovo” hava limanına yenə eniş edə bilməyib. Bu səbəbdən, təyyarə Yekaterinburq yaxınlığındakı “Perm” beynəlxalq aeroportuna uçub. Permdə isə sərnişinlərin evlərinə getmələri üçün avtobus təşkil olunub. Sərnişinlərin 40 faizi avtobusla yola salınıb, qalanları isə təyyarə ilə uçmağı üstün tutublar. Amma təyyarə Permdən Yekaterinburqa uçuşa hələ başlamayıb.

 

***

12.05

Bakıdan Rusiyanın Yekaterinburq şəhərinə uçan “Ural-Airlines” aviaşirkətinə məxsus “U6-2952” saylı təyyarə reysi əlverişsiz hava şəraiti ilə əlaqədar “Çelyabinsk” hava limanına eniş edib. Bu barədə Lent.az-a Yekaterinburqdakı “Koltsovo” hava limanından məlumat verilib.

 

Hava limanının əməkdaşı bildirib ki, təyyarə Çelyabinskdən Yekaterinburqa yerli vaxtla saat 10:43-də (Bakı vaxtı ilə saat 9:43-də) istiqamətlənib. Onun sözlərinə görə, təyyarə 2 saatlıq uçuşun ardından “Koltsovo”ya enməli idi. Amma eniş hələ də baş tutmayıb. Hava limanının əməkdaşı bunun səbəbi barədə rəsmi məlumata malik olmadığını bildirib.

 

Qeyd edək ki, "Çelyabinsk" hava limanının onlayn lövhəsində “U6-2952” saylı təyyarənin bu gecə yerli vaxtla saat 02:50-də eniş etdiyi və 09:15-də Yekaterinburqa yola düşdüyü barədə məlumat yer alıb.

 

***

11.33

SOS! Bakı–Yekaterinburq təyyarəsi eniş edə bilmir

Aprelin 24-də axşam saatlarında Bakıdan Rusiyanın Yekaterinburq şəhərinə uçan “Ural-Airlines” aviaşirkətinə məxsus “U6-2952” saylı təyyarə reysi hələ də “Koltsovo” hava limanına enməyib. Lent.az-ın “Koltsovo” hava limanının rəsmi saytına istinadən məlumatına görə, təyyarənin öncədən bu gecə yerli vaxtla saat 01:20-də (Bakı vaxtı ilə saat 00:20-də) enişi nəzərdə tutulub.

 

Lakin eniş saatı get-gedə ləngiməyə başlayıb. Saytın onlayn tablosunda gözlənilən vaxt hər dəfə 5 dəqiqə geri çəkilir. Hazırda eniş vaxtı Bakı vaxtı ilə 11:25-i göstərildiyi halda, enişin həyata keçirilməsi barədə qeyd yoxdur.

 

Heydər Əliyev Beynəlxalq Hava Limanından Lent.az-a bildirilib ki, təyyarə dünən saat 21:20-də uçmalı olduğu halda, havaya bir saat gec qalxıb. Hava limanından səbəb kimi həmin təyyarənin Yekaterinburqdan Bakıya nəzərdə tutulduğu vaxtdan bir saat gec gəlməsi göstərilib. Hava Limanı əməkdaşları təyyarənin AZAL şirkətinə məxsus olmaması səbəbindən, uçuşun gedişindən məlumatsız olduqlarını bildiriblər.

 

“Koltsovo”nun mətbuat katibi Dmitri Tyuxtin “Nakanune.ru”ya deyib ki, əlverişsiz hava şəraiti üzündən 20-dən çox reysin uçuşu və təyyarəyə minik ləngiyib. Onun sözlərinə görə, yandan əsən küləyin gücü saniyədə 17 metrə çatıb. Hazırda hava şəraiti ağır olaraq qalır. Hava limanına enə bilməyən təyyarələrin Yekaterinburq üzərində dövrə vurduqları bildirilir. Bakıdan Yekaterinburqa uçan təyyarə isə “Çelyabinsk” hava limanına istiqamətlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4735
avatar

Oxşar yazılar