Bakı-Tiflis-Qars layihəsinin tezləşdirilməsi müzakirə edilib
12 dekabr 2015 21:53 (UTC +04:00)

Bakı-Tiflis-Qars layihəsinin tezləşdirilməsi müzakirə edilib

Gürcüstan  prezidenti Georgi Marqvelaşvili Türkmənistana səfəri çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla görüşüb. APA-nın “Georgia Online”-ya istinadən verdiyi xəbərə görə,  Gürcüstan  prezidenti administrasiyasının məlumatına əsasən, dövlət başçıları görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərini -  Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin reallaşdırılmasının tezləşdirilməsi, Şərq-Qərb nəqliyyat dəhlizinin buraxılış qabiliyyətinin artırılması, Xəzər enerji resurlarının daşınmasında yeni imkanlara dair mövzuları müzakirə ediblər.

 

Gürcüstan  prezidenti Azərbaycan, Türkmənistan, Gürcüstan  və Türkiyə arasında əməkdaşlığın genişləndirilməsinə dair öz fikirlərini bölüşüb.   

 

Tərəflər həmçinin regional təhlükəsizliyə dair məsələləri müzakirə ediblər.

 

Türkiyə prezidenti Gürcüstanın ərazi bütövlüyünü bir daha dəstəkləyərək, Rusiyanın Abxaziya və Cənubi Osetiyanın separatçı rejimləri ilə sazişlər imzalamasını pisləyib.

 

“Türkiyə NATO-nun üzvü və Gürcüstanın tərəfdaşı olaraq, Gürcüstanın Alyansa üzv seçilməsinə dəstək verəcək”, deyə Ərdoğan görüşdə vəd edib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 213
avatar

Oxşar yazılar