Bağdadın mərkəzində törədilən iki güclü partlayış nəticəsində 17 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayışlar 10 dəqiqə intervalla terrorçu-kamikadze tərəfindən minalanmış avtomobillər vasitəsilə törədilib. Məlumata görə, partlayışlar Karrada rayonunda müştərilərlə dolu kafelərin qarşısında törədilib.
Polisin məlumatına görə, birinci partlayış nəticəsində 7, ikinci partlayış nəticəsində 10 nəfər ölüb, onlarla adam yaralanıb.
Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.