Mayın 17-də İraqın paytaxtı Bağdadda iki terror aksiyası olub. Lent.az-ın “nyusru” -ya istinadən məlumatına görə, bu haqda “Frans press” xəbər yayıb.
Azı 5 nəfər baş verən qanlı olayın qurbanı olub.
Bağdadın cənubunda, Lətifiyyə şəhərindəki terror hadisəsi nəticəsində bir hərbçi ölüb.
Tarmiyyədə yola quraşdırılmış partlayıcı qurğunun partlaması nəticəsində isə daha 4 nəfər ölüb.
Bəzi mənbələr 2014-cü ildə 3 min 500 nəfərin terrorun qurbanı olduğunu bildirib.