APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, əvvəl polis məntəqəsinin yaxınlığında minalanmış avtomobil partladılıb, 5 polis əməkdaşı ölüb, 9 nəfər yaralanıb.
Bir qədər sonra digər minalanmış avtomobil Bağdad bazarının qarşısında partladılıb. Nəticədə 14 nəfər ölüb, 35 nəfər xəsarət alıb.
Bundan əvvəl ABŞ-ın dövlət katibi Con Kerrinin Bağdada səfəri zamanı törədilən terror aktında 10 nəfər ölmüş, 20 nəfər yaralanmışdı.