İraq paytaxtı Bağdadda iki yaşayış binasına yaraqlılar basqın edib. Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, “Sky News Arabia”-ya bildirib ki, silahlı hücum nəticəsində azı 25 qadın öldürülüb.
Telekanalın məlumatına əsasən, yerli polis naməlum silahlıların Bağdadda iki yaşayış binasına soxularaq, oradakı qadınları öldürdüklərini söyləyib.
Baş verən qanlı olayla bağlı başqa məlumat yayılmayıb.