Bağdadda partlayış: 18 nəfər həlak olub
16 mart 2014 03:11 (UTC +04:00)

Bağdadda partlayış: 18 nəfər həlak olub

0

Martın 15-də Bağdadda ardıcıl terror hadisəsi olub. Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, qanlı olay nəticəsində 18 nəfər həlak olub, onlarla insan yaralanıb.

 

Mənbə bildirib ki, partlayışın biri bazarda, paytaxtın əl-Qahirə məhəlləsində adam çox olan vaxtı baş verib. Avtomobilə quraşdırılan partlayıcının partladılması nəticəsində 10 sakin ölüb, 25 nəfər yaralanıb.

 

O biri olay isə əl-Əməl cənub məhəlləsində olub. Orada  4 nəfər ölüb, 15 sakin yaralanıb. Əmin rayonunda isə 3 sakin öldürülüb.

 

 

Mənbə bildirib ki, paytaxtın şimalında yerləşən əş-Şuale şəhərindəki stadionda baş verən partlayış nəticəsində də ölən və yaralananlar var. Ancaq onların sayı məlum deyil. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 550

Oxşar yazılar