Sentyabrın 22-də İraqın paytaxtı Bağdadda partlayış baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 12 nəfər ölüb, 25 nəfər xəsarət alıb.
İlkin məlumata əsasən, Bağdadın şərq hissəsində minalanmış avtomobil partladılıb. Hadisənin təfərrüatları hələlik məlum deyil.