Bağdadda hərbçilərin blokpostu yaxınlığında törədilən partlayış nəticəsində 15 nəfər ölüb, 30 nəfər yaralanıb. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadze avtomobili İraq paytaxtının Kadamiyyə məhəlləsində partladıb.
Bir neçə yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.