Bağdadda iki partlayış: 10 ölü, 23 yaralı
06 avqust 2015 04:41 (UTC +04:00)

Bağdadda iki partlayış: 10 ölü, 23 yaralı

0

İraqın paytaxtı Bağdadda iki minalanmış avtomobilin partladılması nəticəsində 10 nəfər ölüb, 23 nəfər yaralanıb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, paytaxtın Sədr-Siti bölgəsində törədilən partlayışda 6 nəfər ölüb, 12 nəfər yaralanıb.

 

Digər terror aktı Bağdadın əl-Hüseyniyyə qeydə alınıb. Burada baş verən partlayış 4 nəfərin həyatına son qoyub, 11 nəfər yaralanıb.

 

Partlayışlara görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 267

Oxşar yazılar