
Bağdadda terror aktları: 11 ölü, onlarla yaralı
0
0
İraqın paytaxtı Bağdadın müxtəlif yerlərində terror aktları törədilib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məumata görə, nəticədə 11 nəfər ölüb. Hadisə 29 nəfərin də yaralanmağına səbəb olub.
Hüquq-mühafizə orqanlarından verilən açıqlamada qeyd olunur ki, terror aktları Bağdadın Əl-Habibiyyə və Es-Saleh bölgələrində baş verib.
Hələlik məsuliyyəti heç bir quruplaşma üzərinə götürməyib.
0
0