ABŞ hərbçiləri tərk edəndən sonra ilk dəfə bu il aprelin sonunda İraqda parlament seçkiləri keçiriləcək. Ölkədə partlayışlar isə davam etməkdədir.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, aprelin 5-də Bağdadın qərbində baş verən partlayış nəticəsində İraqın 15 hərbçisi həlak olub.
Mənbə bildirib ki, yaraqlılar hərbçiləri minalanmış evə yönəldərək, oranı partladıblar.