Azərbaycanlı tələbələr Tiflisdə ermənilərə qarşı etiraz aksiyası keçirib
09 may 2014 22:00 (UTC +04:00)

Azərbaycanlı tələbələr Tiflisdə ermənilərə qarşı etiraz aksiyası keçirib

Mayın 9-da Gürcüstanda fəaliyyət göstərən Gürcüstan Azərbaycanlıları Tələbələr Assosiasiyası (GATA) Gürcüstan Xarici İşlər Nazirliyinin binası qarşısında ermənilərin Tiflisdə keçirmək istədiyi konsertə qarşı etiraz aksiyası keçiriblər.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiyada 30 nəfərədək gürcü və azərbaycanlı tələbə iştirak edib. Gürcüstan XİN-nin

binası önünə toplaşan tələbələr “Azərbaycan və Gürcüstan birdir!”, “Qarabağa uzanan əllər məhv olsun!”, “Təxribata "yox" deyək!” və başqa şüarlar səsləndiriblər.

 

GATA-nın sədri Samirə İsmayılova APA-ya məlumatında Gürcüstanda yaşayan ermənilərin Tiflisdəki Apostol kilsəsinin nəzdində fəaliyyət göstərən “Ayartun” Mədəniyyət Mərkəzində Azərbaycanın Şuşa şəhərinin işğal olunması gününü “Şuşanın Azadlığı Günü” kimi bayram etdiklərini bildirib.

 

Məlumata görə, tədbirdə Gürcüstan dövlətinin nümayəndələri iştirak etmir və həmin tədbirə dövlət razılıq verməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 694
avatar

Oxşar yazılar