Rusiyanın Saratov şəhərində 47 yaşlı kişi meyiti tapılıb. Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, 3 güllə ilə başından vurulub kişinin meyiti “Şimal” kooperativinə məxsus qarajların arasında aşkar edilib.
İstintaqın ilkin versiyasına görə, öldürülən şəxs Azərbaycan vətəndaşıdır. O, taksi sürücüsü imiş.