Ukraynanın Kremençuq şəhərinin azərbaycanlı meri Oleq Babayevin ehtimal olunan qatilinin avtomobilini milislər qonşu vilayətlə sərhəddə aşkarlayıb.
Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, bu haqda «TCH» xəbər yayıb.
Mənbə bildirib ki, qatil ağ “009”la hərəkət edirmiş.
Milis rəsmi şərh verməyib. Ancaq şahidlər həmin maşının nömrəsini götürərək, hüquq-mühafizə orqanlarına veriblər.
Xatırladaq ki, iyulun 26-da Ukraynanın Poltava vilayətinin Kremençuq şəhərinin meri Oleq Babayev güllələyərək, öldürüblər.