Azərbaycanlı məhbuslar aclıq aksiyası keçirir
20 may 2014 04:55 (UTC +04:00)

Azərbaycanlı məhbuslar aclıq aksiyası keçirir

İranda milli kimlik uğrunda dinc mübariz Lətif Həsəni mayın 18-də Təbrizin mərkəzi zindanında aclıq aksiyasına başlayıb.

 

Lent.az-ın  məlumatına görə, Lətif Həsəni onunla birgə saxlanan və 34 gündür aclıq edən başqa azərbaycanlı fəal Ayət Mehrəlibəyliyə (Yürüş) dəstək vermək, eləcə də siyasi məhbusların hüquqlarının kobud şəkildə pozulduğuna etirazını bildirmək məqsədi ilə bu aksiyanı keçirir.

 

 Lətif Həsəni, Ayət Mehrəlibəyli, Şəhram Radmehr, Mahmud Fəzli və Behbud Quluzadə “qanunsuz təşkilat yaratmaqda” və  “İranın təhlükəsizliyinə qarşı çıxmaqda” günahlandırılaraq, 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 911
avatar

Oxşar yazılar