Azərbaycanlı jurnalist Ukrayna televiziyasında müharibəni pislədi
30 yanvar 2015 18:14 (UTC +04:00)

Azərbaycanlı jurnalist Ukrayna televiziyasında müharibəni pislədi

0

Ukrayna Azərbaycanlılarının Birləşmiş Diaspor Təşkilatının Odessa nümayəndəliyinin sədri Anar Ağayev Odessanın “7-ci kanal” televiziyasının “Krik duşi” (“Qəlbin harayı”) verilişinin növbəti qonağı olub. Qeyd edək ki, bu verilişdə Ukraynanın məruz qaldığı müharibəyə cəmiyyətin müxtəlif təbəqələrindən olan insanların münasibəti yayımlanır.

 

A.Ağayev əslən Qarabağdan olduğunu və 1993-cü ildən ermənilərin işğalçı siyasəti nəticəsində yurdundan qaçqın düşdüyünü deyib: “Qaçqın düşəndə 13 yaşım vardı. Evimizdən olduq. Ən pisi, çox insanlar öldü. Qohumlarımız, dostlarımız, yaxınlarımız. 20 ilə yaxın Azərbaycanda qaçqın kimi yaşadım. Bu illər ərzində çadırlarda, yataqxanalarda ağır həyat keçirmişik. İndi də burda yaşayıram və bu müharibə dayanmasa, ikinci dəfə yurdumdan qaçqın düşəcəyəm”.

 

A.Ağayev çıxışında müharibəni pisləyib: “Böyüklərimiz bizə İkinci Dünya Müharibəsinin dəhşətlərini danışıb. Müharibə daim ölüm gətirib. Bu danılmazdır ki, müharibədə tək əsgərlər deyil, qadınlar, uşaqlar, qocalar da ölür. Burdan siyasətçilərə üz tutub deyirəm ki, problemlərinizi masa ətrafında həll edin. Öz xeyriniz naminə insanları ət parçasına çevirməyin. Burda qırılan insanlardır. Onların da sizin kimi ailəsi, övladları var. Allah hamınızı qorusun!”

 

Qeyd edək ki, Anar Ağayev (Anar Natiqoğlu) uzun illər Azərbaycanda jurnalist kimi çalışıb.

 

 

 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 298

Oxşar yazılar