Azərbaycanlı iş adamının qatillərinə hökm oxundu
06 may 2014 12:16 (UTC +04:00)

Azərbaycanlı iş adamının qatillərinə hökm oxundu

Rusiyada azərbaycanlı iş adamı Rafiq Məmmədovu öldürən iki azərbaycanlıya 5 ildən sonra hökm oxunub. Krasnoyarsk vilayət məhkəməsi Elmir Məmmədov və Tural Nəcəfovu 3 nəfərin qətlində təqsirli bilib. Məhkəmənin qərarı ilə Məmmədov 21 il, Nəcəfov isə 22 il azadlıqdan məhrum edilib. APA TV-nin xəbərinə görə, hər ikisi cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

2009-cu il aprelin 25-də cinayətkarlar içində sahibkar Rafiq Məmmədovla bərabər 4 nəfərin olduğu "Volkswagen Touareg" və "VAZ-2109" markalı avtomobilləri atəşə tutublar. Atışmadan sonra onlar hadisə yerindən qaçıblar. Atəşə tutulan şəxslərdən biri hadisə yerində ölüb. Digər ikisi isə xəstəxanada dünyasını dəyişib. 4-cü şəxs isə heç bir xəsarət almayıb. İttiham olunan şəxslər cinayətin səbəbinin ölən tərəfin maliyyə öhdəliklərini yerinə yetirməməsi ilə əlaqələndiriblər. Daha sonra onların Rusiya ərazisində qeydiyyatsız yaşadıqları məlum olub. Cinayətkarlar 3 şəxsi öldürmə və qanunsuz silah saxlama maddələri ilə ittiham olunublar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 938
avatar

Oxşar yazılar