Türkiyədə məlum "17 dekabr rüşvət işi"ndə şübhəli bilinən Azərbaycan əsilli iş adamı Rza Zərrabın müsadirə olunmuş pulları geri qaytarılıb. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, dünən işi aparan prokuror Əkrəm Aydınərin qəbuluna gələn Rza Zərrab onunla görüşündə təqib olunduğunu söyləyib. İfadə verən Rza Zərrab onu izləyənləri tanımadığını bildirib.
Qeyd edək ki, "17 dekabr rüşvət işi"ndə həbs edilənlər arasında olan Cənubi Azərbaycan əsilli iş adamı Rza Zərrabın təqsiri sübuta yetirilməyib və o, daha sonra sərbəst buraxılıb.
Düən isə məhkəməyə müraciət edən Rza Zərrab binadan çıxarkən ona yaxınlaşan jurnalistlərin suallarını cavablandırmayıb.