Azərbaycanlı avtoritetin cinayətkar dəstəsinin 11 üzvü saxlanılıb
12 mart 2015 15:21 (UTC +04:00)

Azərbaycanlı avtoritetin cinayətkar dəstəsinin 11 üzvü saxlanılıb

Rusiyanın Çelyabinsk vilayətində daha bir azərbaycanlı kriminal avtoritet yaxalanıb.

 

APA-nın Rusiya bürosunun məlumatına görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində 45 yaşlı azərbaycanlı kriminal avtoritet Rəhman Abdullayev saxlanılıb.

 

Onunla yanaşı, hüquq-mühafizə orqanları mütəşəkkil cinayətkar dəstənin daha 10 üzvünü yaxalayıblar.

 

Saxlanılan şəxslərin hamısının martın 3-də saxlanılan azərbaycanlı kriminal avtoritet İlham Osmanovun rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstənin üzvləri, Rəhman Abdulayevin isə İlham Osmanovun “sağ əli” olduğu bildirilib.

 

Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyinin Çelyabinsk vilayəti üzə Baş İdarəsinin yaydığı məlumatda azərbaycanlı kriminal avtoritet İlham Osmanovun hədə-qorxu yolu ilə 11 milyon rus rublunu mənimsədiyi bildirilir.

 

Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, fevralın 13-də Çelyabinsk şəhərində yerləşən “Engels” kafesində üç nəfər şəxs iş adamından 11,2 milyon rubl pul və “Volksfagen” markalı avtomobilinin sənədlərini güc tətbiq edərək hədə-qorxu ilə tələb edib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü Aleksandr Kiriçenko və 1978-ci il təvəllüdlü İlham Osmanov saxlanılıb. Əməliyyat zamanı onların üzərindən səsboğucusu olan tapança, 5 ədəd patron götürülüb.

 

Rusiya mətbuatının yazdığına görə, 37 yaşlı İlham Osmanov Cənubi Ural regionunda əsas kriminal avtoritet kimi tanınır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 92
avatar

Oxşar yazılar