Azərbaycanda fərarilik etdi, Rusiyada ələ keçdi
07 oktyabr 2019 10:22 (UTC +04:00)

Azərbaycanda fərarilik etdi, Rusiyada ələ keçdi

Rusiyanın Udmurtiya respublikasının Yaşkur-Bodinsk rayonunda 30 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb. 
 
Lent.az-ın yerli KİV-ə istinadən verdiyi məlumata görə, 3 ildir adıgedən rayonun ucqar kəndlərinin birində gizlənən şəxs Azərbaycanda hərbi hissədən qaçaraq fərarilik etdiyinə görə, beynəlxalq axtarışdaymış. O, 2016-cı ildə Udmurtiyaya gəlibmiş.
 
3 ilə yaxın kənddə gizlənən azərbaycanlı ailə həyatı qurmağa da imkan tapıbmış. 
 
Hazırda onun ekstradisiyası gözlənilir.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 703
avatar

Oxşar yazılar