Azərbaycan vətəndaşı Rusiyanın Perm şəhərinə 7 kq qram həşiş gətirərkən tutulub. Lent.az-ın yerli KIV-ə istinadən verdiyi məlumata görə, onun çamadanından 3 şübhəli bağlama tapılıb.
İstintaqla müəyyənləşdirilib ki, narkotik maddə Sankt-Peterburqdan alınıb. İndi həmyerlimizi 20 ilədək həbs gözləyir. Cinayət işi məhkəməyə göndərilib.