Azərbaycan səfiri Sorbon Universitetinin tədbirinə qatılıb
10 fevral 2016 15:34 (UTC +04:00)

Azərbaycan səfiri Sorbon Universitetinin tədbirinə qatılıb

0

Paris Sorbon Universiteti Əbu Dabidə Azərbaycan Respublikası Təhsil Nazirliyinin yaratdığı “SABAH” proqramının professor-müəllim heyəti üçün təlimlər keçirir. Lent.az-ın məlumatına görə, Universitetin rektoru, professor Erik Fuaşın dəvəti ilə açılış mərasiminə qatılan səfir Daşqın Şikarov rektorun qısa nitqindən sonra “SABAH” proqramının iştirakçılarını salamlayaraq, məsuliyyətli fəaliyyətlərində uğurlar arzu edib. Dəvətə görə cənab Fuaşa təşəkkürünü bildirən səfir Sorbon Universitetinin zəngin və qədim tarixindən və ənənələrindən geniş bəhs edib, bu möhtəşəm ali təhsil ocağının oturuşmuş təcrübəsi sayəsində beynəlxalq təhsil bazarında öz layiqli yerini tutduğunu qabardıb. Səfir çıxışında təhsilin hər bir ölkə və xalqın gələcəyi olduğunu əsas tutaraq, qloballaşan dünyada keyfiyyətli təhsil sistemlərini və metodologiyaları mənimsəmək imkanlarının daha da genişləndiyini xüsusilə qeyd edib, bu xüsusda, tədbir iştirakçılarının diqqətini Azərbaycanda təhsilə verilən xüsusi önəmə yönəldib. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qəbul etdiyi qərara uyğun olaraq 2007-2015-ci illərdə Xaricdə Təhsil Proqramının təsis edildiyini xatırladan  D.Şikarov bu proqram çərçivəsində minlərlə azərbaycanlı gəncin dövlətin hesabına dünyanın ən qabaqcıl ali təhsil müəssisələrinə qəbul olunduqlarını və təhsil aldıqlarını nəzərə çatdırıb, Azərbaycanda digər xarici qabaqcıl təhsil müəssisələri ilə yanaşı, Bakı Fransız Liseyinin də fəaliyyət göstərdiyini qeyd edib.

 

Həmçinin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevin rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə son 10 il ərzində ölkənin istər daxilində, istərsə də xaricində minlərlə məktəbin inşa edildiyi vurğulanıb. Bütün bunları nəzərə alan səfir Paris Sorbon Universiteti-Əbu Dabinin “SABAH” proqramı çərçivəsində Azərbaycanın ali təhsil ocaqlarının professor-müəllim və tələbə heyətləri ilə təqdir etdiyi praktiki əməkdaşlığını bundan sonra da davam etdirəcəyini, inkişafda olan qüdrətli ölkəmizin təhsil sisteminə öz dəyərli töhfələrini verəcəyini diləyib və Azərbaycanın Səfirliyinin bu işdə yaxından iştirak etməyə hazır olduğunu dinləyicilərin diqqətinə çatdırıb. Çıxışının ardınca cənab Fuaş Azərbaycan səfirinə Universitetin xatirə hədiyyəsini təqdim edib. Dəf, tar və saz ifaçılarından ibarət musiqi triosunun, eləcə də əlində nar saxlayan azyaşlı qızın əks olunduğu rəsm əsəri cənab rektora təqdim edilib. Bundan sonra AR Təhsil Nazirliyinin “SABAH” Qruplarının Müəllimləri ilə iş üzrə rəhbəri, Elm və ali təhsil şöbəsinin müdiri İlhamə Rəhimova nitq söyləyib, Universitetin MDB ölkələri (Ermənistan çıxmaq şərtilə) ilə iş üzrə müşaviri İmran Muxtarov ikitərəfli əməkdaşlığa dair geniş təqdimatla çıxış edib. Daha sonra Universitetdə tanışlıq gəzintisi təşkil edilib, kollektiv xatirə şəkili çəkilib və kokteyl ziyafəti düzənlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 479

Oxşar yazılar