“NEWSru” saytının “İsrailin dostları və düşmənləri” adı altında keçirdiyi sorğu başa çatıb.
Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, sorğu 23-25 aprel tarixində gerçəkləşdirilib. 17 sualdan ibarət sorğuda 3 583 respondent iştirak edib. Onlardan 3 min 62 nəfəri sualların hamısını cavablandırıb.
Sorğunun nəticələrinə əsasən, İsrailin dostu olan 10 ölkə bunlardır: 1) Kanada (59,9 faiz), 2) Avstraliya (55,2 faiz), 3) Almaniya (50,6 faiz), 4) ABŞ (46,5 faiz), 5) Çexiya (44,6 faiz), 6) Gürcüstan (44,3 faiz), 7) Bolqarıstan (28,7 faiz), 8) Azərbaycan (26 faiz), 9) Yunan Kipri (25,7 faiz), 10) İtaliya (24,5 faiz).
Respondentlərin düşmən saydığı ilk 10 ölkənin siyahısı: 1) İran (76,5 faiz), 2) Suriya (58,5 faiz), 3) İraq (55,4 faiz), 4) Livan (48,2 faiz), 5) Səudiyyə Ərəbistanı (47,9 faiz), 6) Pakistan (41,9 faiz), 7) Birləşmiş Ərəb Əmirliyi (40,8 faiz), 8) Yəmən (40,7 faiz), 9) Qatar (40,5 faiz), 10) Türkiyə (38 faiz).