Azərbaycan avtomobilləri Türkiyədə daşıma fəaliyyəti ilə məşğul ola biləcək
12 fevral 2016 12:59 (UTC +04:00)

Azərbaycan avtomobilləri Türkiyədə daşıma fəaliyyəti ilə məşğul ola biləcək

0

Türkiyədə Azərbaycan dövlət nömrə-nişanlı avtomobillərin daşıma fəaliyyəti ilə məşğul olmasına icazə verilib.

 

APA-nın xəbərinə görə, prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin bununla bağlı qərarını təsdiqləyib. Rəsmi Qəzetdə yayımlanan qərar artıq qüvvəyə minib. Qərara əsasən, Azərbaycan dövlət nömrə-nişanlı avtomobillərin beynəlxalq daşıma fəaliyyəti ilə məşğul olmasına icazə verilib. Azərbaycan və Türkiyə arasında yaradılacaq komissiya həmin nəqliyyat vasitələrinin Azərbaycana daşıma fəaliyyəti ilə bağlı kvota müəyyənləşdirəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 389

Oxşar yazılar