Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirləri görüşəcək
23 yanvar 2015 15:18 (UTC +04:00)

Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirləri görüşəcək

0
Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü yanvarın 29-da keçiriləcək.

 

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Elmar Məmmədyarov, Mövlüt Çavuşoğlu və Rəşid Meredovun budəfəki görüşü Türkmənistanda baş tutacaq.

 

Xatırladaq ki, bundan öncəki görüş 2014-cü ilin 26 may tarixində Bakıda keçirilib.

 

Bakı görüşündə regional layihələr, eləcə də enerji sahəsində əməkdaşlıq və enerji marşrutları müzakirə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 239

Oxşar yazılar