Azadlıq Radiosunun büro rəhbəri öldürülüb
23 mart 2014 00:53 (UTC +04:00)

Azadlıq Radiosunun büro rəhbəri öldürülüb

0

Martın 22-də AzadlıqRadiosunun Bağdad bürosunun rəhbəri Mohammed Bdaiwi Owaid öldürülüb.

 

Lent.az-ın radionun Azərbaycan xidmətinə istinadən verdiyi xəbərə görə, hadisə Bağdadda Prezident Sarayının yaxınlığında radionun ofisi yaxınlığında xüsusi mühafizə olunan ərazidə baş verib.

Mohammed Bdaiwi Owaid-ini İraq prezidentinin mühafizə xidmətinin zabiti qətlə yetirib.

Şahidlərin dediyinə görə, Owaid avtomobili ilə mühafizə olunan darvazadan keçəndə, onun öz maşını ilə gedən mühafizəçilərdən biri ilə mübahisəsi düşüb. Sürücülər bir-birinə yol vermək istəməyiblər. Bu zaman mühafizəçi qəfildən jurnalistə atəş açaraq qaçıb.

 

Hadisədən bir qədər sonra Owaid-in öldürüldüyü yerdə jurnalistlərin və media fəallarının kiçik nümayişi olub.

 

Baş nazir Nouri al-Maliki Owaid-in qohumları ilə görüşdə qatili tapıb mühakimə edəcəklərinə söz verib.

 

Araşdırmalara başlanılıb.

 

Efirdə Hasan Rashid kimi tanınan Owaid 1993-cü ildən jurnalistikada idi. Bir neçə media qurumunda redaksiya heyətinin təsisçisi və ya rəhbəri olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2504

Oxşar yazılar