AYİB Rusiyadakı  271 milyonluq layihəsini dondurub
01 avqust 2014 05:45 (UTC +04:00)

AYİB Rusiyadakı  271 milyonluq layihəsini dondurub

Avropanın Yenidənqurma və İnkişaf Bankı (AYİB) Fransanın “CLL” şirkəti, ABŞ-ın “John Deere” kənd təsərrüfatı istehsalçısı və Rusiyanın “Dominant Group” qənd istehsalçısının RF-dəki aqrar layihəsinə sərmayə qoyuluşunu dondurub.

 

Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, bu layihənin ümumi dəyəri 271 milyon dollardır.

 

Bankın Rusiyadakı təmsilçisi Svetlana Pırkalo bildirib ki, qurum Rusiyada yeni layihələri gerçəkləşdirməyə maraq göstərmir.

 

Bir müddət öncə Avropa Yenidənqurma və İnkişaf Bankının 680 milyon rubl ayırmadığından “Belaya daça” şirkəti Rusiyada kartof emalı və istehsalı layihələrini gerçəkləşdirməyi dayandırıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 863
avatar

Oxşar yazılar