Kanadanın Makenzi şəhərinə yaxın ərazidə ölü turist tapılıb.
İlkin məlumatlara görə, turisti qara ayı öldürüb.
Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, bu haqda "The National Post" bildirib.
Hadisə yerinə gəlmiş polis turistin cəsədinin yaxınlığında olan ayı və canavarı güllələyib.
Turistin ölümünün dəqiq səbəbləri məhkəmə tibbi ekspertizasının meyit üzərində apardığı araşdırmalardan sonra məlum olacaq.