Bəhreynin Daxili İşlər Nazirliyi şiə məzhəbinin Hüseyn Nəjati adlı vaizini ölkədən çıxarıb.
Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, krallıq hakimiyyəti bildirib ki, Nəjati şiələrin lideri, ayətullah-üzma Əli Sistaninin nümayəndəsi kimi onun üçün vəsait toplayırmış.
““Nəjati” adı ilə tanına Hüseyn Mirzə Abdulla Baqi Məhəmməd 2012-ci i noyabrın 6-da Bəhreyn vətəndaşlığından məhrum edilib. Onun Bəhreyndəki fəaliyyəti şəffaf olmayıb. Bundan başqa o, Bəhreyn hakimiyyəti üçün vacib məlumatları təqdim etməyib”-deyə, Daxili İşlər Nazirliyinin bəyanatında vurğulanıb.
Ona ölkəni tərk etmək üçün 48 saat verilib. “Nəjati”ni Livana yola salıblar.
“Əl-Manar” telekanalının məlumatına görə, Beyrut hava limanında onu livanlı və bəhreynli siyasilər və din xadimləri qarşılayıb.