İstanbulda dəhşətli yol qəzası baş verib. Lent.az-ın habertürk-ə istinadən məlumatına görə, Çobançeşmə adlanan ərazidə, hava limanına gedən yolda "Fiat" markalı avtomobil yüksək sürətlə reklam lövhəsinin dirəyinə çırpılıb. Avtomobil zərbənin gücündən ortadan bölünüb, sürücü və sərnişini hadisə yerindəcə keçinib.
Hadisə şahidlərinin bildirdiyinə görə, qəzaya düşən avtomobil saatda 160-170 kilometr sürətlə hərəkət edirmiş.