Hindistanda içi sərnişinlə dolu avtobus dərəyə yuvarlanıb. Lent.az-ın RİA Novosti-yə istinadən məlumatına görə, qəza nəticəsində 10 nəfər ölüb, 25 nəfər ağır yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Qəzaya səbəb avtobusun ağır yüklənməsi və yolların bərbad vəziyyətdə olmasıdır.
Qeyd edək ki, Hindistan yolları dünyanın ən təhlükəli yolları hesab edilir. Hər il yollarda minlərlə adam ölür.